05.03.2026

#SabahınAlimləri müsabiqəsindən 2 komandamız qalibiyyətlə qayıdır!

"Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində yarışan komandalarımız 2 medal qazanıb.
 

“Əsgəri xəbərdarlıq etməklə minadan qoruyan smart ayaqqabı” layihəsi - qızıl medal:

Talib Cabbarov və Elay Mikayıllı (Lənkəran rayonu Boladı kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri)

Elmi rəhbər: Seyran Aliyev

“SumacDent” layihəsi - bürünc medal:

Hünbətova Aytac və Qarayeva Sumana (Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri)

Elmi rəhbər: Samirə Əmrahova
 

Qaliblərimizi təbrik edir, iştirak edən bütün komandalarımıza gələcəkdə uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #qızılmedal