28.02.2026

Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsi keçirilib.

Lənkəran şəhəri Teymur Bayraməlibəyov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən yarımfinal mərhələsində region üzrə ümumilikdə 435 nəfər şagird iştirak edib.
 

Respublika Fənn Olimpiadalarının (RFO) yarımfinal mərhələsinin Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə iştirakçılarının nəticələri portal.edu.az platforması vasitəsilə bildiriləcək. İnformatika fənni üzrə yarımfinal mərhələsi isə ayrıca keçiriləcək.
 

Qeyd edək ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində məqsəd istedadlı və xüsusi akademik göstəriciləri ilə fərqlənən şagirdlərin aşkar olunması, onların fənlər üzrə dərin bilik və bacarıqlarının qiymətləndirilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və şagirdlərin final mərhələsinə seçiminin obyektiv meyarlar əsasında təmin edilməsidir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #RFO #Şagird