27.02.2026

"Ən yaxşı təqdimat" müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib.

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib. Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilən müsabiqə münsiflər heyəti tərəfindən qiymətləndirilib.
 

Müsabiqənin respublika mərhələsinin cari ilin aprel ayında Bakı şəhərində keçirilməsi nəzərdə tutulur.
 

Qeyd edək ki, müsabiqənin əsas məqsədi ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə çatdırılmasından ibarətdir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ƏnYaxşıTəqdimat