25 fevral 2026-cı il tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən təşkil olunan görüşdə rayonun bir sıra ümumtəhsil məktəblərinin rəhbər heyəti və IX siniflərdə tədris aparan müəllimləri iştirak ediblər.
Görüşdə ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı məsələlərin müzakirəsi, məktəbdaxili qiymətləndirmənin nəticələrinin təhlili, IV, VI və IX siniflər üzrə son illərdə keçirilmiş monitorinq və buraxılış imtahanlarının müqayisəli və dinamik təhlili, davamiyyət məlumatlarının statistik və analitik təhlilləri haqqında danışılıb. Həmçinin, görüşdə dərsdinləmələr, aşağı göstəriciləri olan şagirdlərlə aparılan işlər, qış məktəbinin fəaliyyəti və keyfiyyət planı üzrə görülən tədbirlər müzakirə olunub.
Görüş zamanı ümumtəhsil məktəblərində keyfiyyət fəaliyyət planının hər bir bəndi üzrə görüləcək işlər və hər bir müəssisə üçün müəyyən edilmiş hədəflər bir daha xatırladılıb.