26.02.2026

Xocalı soyqırımı – heç vaxt susmayacaq həqiqət.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər təşkil olunub.
 

Tədbirlər çərçivəsində Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı məktəblərində xüsusi dərslər, ədəbi-bədii kompozisiyalar, anım mərasimləri, sərgilər və dəyirmi masalar keçirilib. Şagirdlərə 1992-ci il fevralın 26-da baş vermiş faciənin tarixi həqiqətləri haqqında ətraflı məlumat verilib, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 

Xüsusi dərslərdə müəllimlər tərəfindən Xocalı hadisələrinin Azərbaycan tarixində yeri və beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə təqdimatlar edilib, sənədli materiallar nümayiş olunub. Şagirdlərin hazırladıqları təqdimatlar, şeirlər və səhnəciklər faciə qurbanlarının xatirəsinə ithaf olunub.
 

Keçirilən tədbirlərin əsas məqsədi gənc nəslin tarixi həqiqətlər barədə məlumatlandırılması, vətənpərvərlik ruhunda tərbiyəsi və milli yaddaşın qorunub saxlanılmasıdır.
 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət