26.02.2026

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi yad edilib.

Soyqırımının 34-cü ildönümü ilə əlaqədar Lənkəran-Astara Regional Təhsil İdarəsinin kollektivi Lənkəran şəhərində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə qərənfillər düzüblər.
 

Sonra anım tədbirində Xocalı faciəsi qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canından keçmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Anım tədbirində çıxış edən İdarənin müdir müavini Rəhim Rəhimov Xocalı soyqırımının təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, soyqırıma hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və təşəbbüsü ilə verilib, faciəyə dövlət səviyyəsində obyektiv və prinsipial münasibət formalaşdırılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Vətən müharibəsində Tarixi Zəfər qazanılıb, şəhidlərimizin qisası döyüş meydanında alınıb.
 

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
 

#LənkəranAstaraRTİ #ElmVəTəhsilNazirliyi #MÜTDA #XocalıSoyqırımı #KhojalyGenocide #JusticeForKhojaly #XocalıyaƏdalət