20.02.2026

Yardımlı və Lerikdə ümumtəhsil müəssisələrində IX sinif şagirdləri ilə növbəti maarifləndirici görüşlər təşkil olunub.

19-20 fevral tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşları tərəfindən keçirilən görüşlər çərçivəsində 9 mərkəzdə ümumilikdə 656 nəfər şagird iştirak edib. Şagirdlərə buraxılış imtahanı ilə bağlı prosedurlar, qiymətləndirmə meyarları və imtahan zamanı riayət olunmalı qaydalar barədə ətraflı məlumat verilib.
 

Eyni zamanda cavab kartlarının düzgün doldurulma qaydaları praktik nümunələr əsasında izah olunub, şagirdlərin qarşılaşa biləcəyi çətinliklər və onların aradan qaldırılması yolları müzakirə edilib. Görüşlərdə şagirdlərin sualları cavablandırılıb və imtahana daha hazırlıqlı yanaşmaları üçün müvafiq tövsiyələr verilib.
 

Qeyd edək ki, bu cür maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərin imtahan prosesinə psixoloji və akademik baxımdan daha hazır olmalarına mühüm töhfə verir.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Görüş