18.02.2026

Tədris prosesinin təkmilləşdirilməsi istiqamətində Lerik və Yardımlı rayonlarında fəaliyyət göstərən ümumtəhsil müəssisələrində dərsdinləmələr təşkil olunub.

17-18 fevral 2026-cı il tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun əməkdaşları tərəfindən Lerik və Yardımlı məktəblərində Azərbaycan dili, riyaziyyat, xarici dil fənləri üzrə ümumilikdə 31 saat dərsdinləmələr keçirilib.
 

Müşahidələr zamanı müasir təlim metodlarından istifadə, şagirdyönümlü yanaşmanın tətbiqi və qiymətləndirmə meyarlarının düzgün qurulması xüsusi diqqət mərkəzində saxlanılıb. Eyni zamanda müəllimlərə dərslərin daha effektiv təşkili, interaktivliyin artırılması və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində metodiki tövsiyələr verilib.
 

Qeyd edək ki, bu cür dərsdinləmələrin keçirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və ümumi təhsil mühitinin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Dərsdinləmələr