18.02.2026

Lerik və Yardımlıda 11 mərkəzdə ümumilikdə 298 nəfərlik heyətlə görüş keçirilib.

17-18 fevral 2026-cı il tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən təşkil olunan görüşlərdə Lerik və Yardımlı rayonlarının bir sıra ümumtəhsil məktəblərinin rəhbər heyəti və müəllimləri iştirak edib.
 

Ümumtəhsil müəssisələrində tədrisin keyfiyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı diaqnostik qiymətləndirmə, KSQ və BSQ nəticələrinin analitik təhlili, IV, VI və IX siniflər üzrə son illərdə keçirilmiş monitorinq və buraxılış imtahanlarının müqayisəli və dinamik təhlili, davamiyyət məlumatlarının statistik və analitik təhlilləri haqqında danışılıb.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Görüş