Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən təşkil olunan görüşdə rayonun bir sıra ümumtəhsil məktəblərinin rəhbər heyəti və müəllimləri iştirak edib.
Müzakirələr zamanı böyük summativ qiymətləndirmənin nəticələri ilə diaqnostik qiymətləndirmənin müqayisəsi, aşağı göstəriciləri olan şagirdlərlə aparılan işlər, qış məktəbinin fəaliyyəti və keyfiyyət planı üzrə görülən tədbirlər haqqında danışılıb.
Məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir təlim metodlarının tətbiqinin əhəmiyyəti vurğulanıb, fərdi yanaşmanın vacibliyi qeyd olunub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbLiqası #Görüş