13.02.2026

Ustad dərsləri keçirilib.

Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarının bir sıra ümumtəhsil məktəblərində ustad dərsləri təşkil olunub.

‎Dərslərdə təhsil müəssisələrinin rəhbərləri, müasir məktəb metodistləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər.

‎Ustad dərslərinin keçirilməsində əsas məqsəd müasir təlim metodlarının tətbiqinin genişləndirilməsi, müəllimlər arasında əməkdaşlığın və təcrübə mübadiləsinin gücləndirilməsi, həmçinin tədrisin keyfiyyətinin yüksəldilməsidir.

Qeyd edək ki, “Ümumi təhsildə keyfiyyətin təminatı və nəzarət sisteminin qurulması fəaliyyət planı”na uyğun olaraq ustad dərslərinin keçirilməsi davam etdiriləcək.
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #UstadDərsləri