Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektoru tərəfindən təşkil olunan görüşdə rayonun bir sıra ümumtəhsil məktəblərinin rəhbər heyəti və müəllimləri iştirak edib.
Müzakirələr zamanı diaqnostik və summativ qiymətləndirmələrin nəticələri nəzərdən keçirilib, aşağı göstəriciləri olan şagirdlərlə aparılan işlər, qış məktəbinin fəaliyyəti və keyfiyyət planı üzrə görülən tədbirlər təhlil olunub. Eyni zamanda növbəti mərhələlər üçün prioritet istiqamətlər və yeni yanaşmalar müəyyən edilib.
Məktəbdaxili qiymətləndirmənin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi və müasir təlim metodlarının tətbiqinin əhəmiyyəti vurğulanıb, fərdi yanaşmanın vacibliyi qeyd olunub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbLiqası #Görüş