03.12.2025

Yardımlıda "Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda valideyn konfransı keçirilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin, Yardımlı Rayon Polis Şöbəsinin, Yardımlı rayonu üzrə təhsil sektorunun əməkdaşlarının, məktəbəqədər və ümumi təhsil müəssisələrində övladları təhsil alan valideynlərin iştirakı ilə "Təhsil müəssisələrində zorakılığın qarşısının alınması" mövzusunda konfransı təşkil edilib.

Konfrans zamanı vurğulanıb ki, məsuliyyət və özünənəzarət bacarıqlarının formalaşdırılması təkcə təhsil müəssisələrinin deyil, həmçinin ailənin üzərinə düşən mühüm vəzifədir. Valideynlərin uşaqlarla açıq dialoq qurması və onlara düzgün nümunə göstərmələri təhlükəsiz və sağlam mühitin yaradılmasında həlledici rol oynayır.

Tədbirin sonunda valideynlər arasında mövzuya uyğun olaraq anonim sorğu keçirilib, valideynləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyələr verilib və gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Konfransın məqsədi müasir dövrdə baş verən müxtəlif zorakılıq hallarının qarşısının alınması ilə bağlı valideynlərin məlumatlandırılması, uşaqlarda davranış mədəniyyətinin formalaşdırılmasında ailənin rolunun ön plana çəkilməsi və onların təhlükəsizliyinin təmin olunması istiqamətində vahid yanaşmanın formalaşdırılmasıdır. Eyni zamanda, təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığın gücləndirilməsi və uşaqların hərtərəfli inkişafının təmin edilməsində valideyn iştirakının sistemli şəkildə təşviqi əsas məqsədlərdəndir.