Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ilə əlaqədar maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər çərçivəsində seminarlar, dəyirmi masalar və mövzuya dair müzakirələr keçirilib, şagirdlərə Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı, Azərbaycan mədəniyyətinin inkişafındakı rolu barədə məlumat verilib.
Sual-cavab və müzakirələr vasitəsilə iştirakçıların mövzu üzrə bilikləri möhkəmləndirilib. Tədbirlər şagirdlərdə milli-mədəni irsə marağın artırılmasına xidmət edib.