26.12.2025

"Məktəblər üçün PISA" tədqiqatına başlanılıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Məktəblər üçün PISA" tədqiqatına start verilib.

 

Layihənin əsas məqsədi 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə sahələrindəki bilik və bacarıqlarını qiymətləndirmək, bu bacarıqları real həyatda tətbiqetmə qabiliyyətlərini müəyyənləşdirməkdir.

 

PISA ölkələrin təhsil sistemlərini müqayisə etməyə və təhsil siyasəti ilə bağlı qərarların formalaşdırılmasına dəstək verir. “Məktəblər üçün PISA” isə hər bir təhsil müəssisəsinin nəticələrini ayrıca dəyərləndirərək məktəblərə tədrisin keyfiyyətinin artırılması üçün analitik əsaslar təqdim edir.

 

Tədqiqatda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə 15 ümumi təhsil müəssisəsinin iştirakı nəzərdə tutulur. İmtahan mərhələsi 7 yanvar 2026-ci il tarixinə qədər davam edəcək.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #PISA #tədqiqat