Masallı Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Masallı Rayon Polis Şöbəsinin rəisi Azay Ağayev, rayon üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin valideyn komitə sədrləri və təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Konfransın ilk hissəsində rəsmi çıxışlar edilib, məktəb–valideyn–cəmiyyət əməkdaşlığının gücləndirilməsi, uşaqların sağlam mənəvi mühitdə formalaşması, yetkinlik yaşına çatmayanlar arasında narkomaniya və erkən nikah hallarının qarşısının alınmasında valideyn məsuliyyətinin rolu xüsusi vurğulanıb.
İkinci hissədə isə panel müzakirələr təşkil edilib, valideynləri maraqlandıran bir çox aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.
Həmçinin Lənkəran Dövlət Dram Teatrının truppası tərəfindən ailə, valideyn məsuliyyəti və gənc nəslin tərbiyəsinə həsr olunmuş səhnəcik təqdim olunub.
Konfrans təlim-tərbiyə prosesində birgə fəaliyyət imkanlarının genişləndirilməsi, açıq dialoqun qurulması və sağlam gələcək naminə əməkdaşlığın möhkəmləndirilməsi baxımından faydalı və əhəmiyyətli olub.
Valideyn konfranslarının əsas məqsədi məktəb ilə ailə arasında əməkdaşlığı gücləndirməklə şagirdlərin hərtərəfli inkişafını təmin etmək, həmçinin valideyn iştirakını sistemli şəkildə təşviq etməkdir.
#LənkəranAstaraRTİ #ValideynKonfransı #MasallıRayonuÜzrəTəhsilSektoru