18.12.2025

Lerik rayonunda “Təhsildə ailənin rolu və əməkdaşlıq yolları” mövzusunda valideyn konfransı keçirilib.

Tədbirdə valideynlərlə yanaşı Lerik rayonu üzrə təhsil sektorunun rəhbərliyi və əməkdaşları, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, psixoloqlar və uşaq birliyi təşkilatının rəhbərləri iştirak ediblər.

 

Konfrans zamanı tədris prosesi, təhsildə ailənin rolu, məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi, uşaqların akademik və sosial inkişafının dəstəklənməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub. Valideynlərə tədrisdə innovativ yanaşmalar və müasir metodlar barədə məlumat verilib, onların fikir və təklifləri dinlənilib.

 

Qeyd edək ki, bu istiqamətdə maarifləndirici tədbirlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

 

#LənkəranAstaraRTİ #ValideynKonfransı #LerikRayonuÜzrəTəhsilSektoru