18.12.2025

Cəlilabadda valideyn konfransı keçirilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "Valideyn konfranslarının təşkili və keçirilməsi qaydaları üzrə təlimat"ına uyğun olaraq Cəlilabad Rayonu Polis Şöbəsinin əməkdaşının, Cəlilabad rayonu üzrə təhsil sektorunun əhatə dairəsində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərlərinin, UBTR-nin, psixoloqların, məktəb valideyn komitəsinin sədr və üzvlərinin, sektorun əməkdaşlarının iştirakı ilə "Məsuliyyətli davranışın və özünənəzarət bacarıqlarının formalaşdırılması" başlığı altında “Rəqəmsal təhlükəsizlik və onlayn mühitdə uşaqların qorunması” mövzusunda valideyn konfransı təşkil edilib.

 

Konfransın əsas məqsədi müasir dövrdə uşaqların rəqəmsal mühitdə üzləşə biləcəyi risklər barədə valideynləri məlumatlandırmaq, onlayn davranış mədəniyyətinin aşılanmasında ailənin rolunu ön plana çıxarmaq və uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində vahid yanaşmanın formalaşdırılması, məktəb və məktəbəqədər təhsil müəssisələri ilə ailə arasında əməkdaşlığı gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin valideyn iştirakını sistemli şəkildə təşviq etməkdir.

 

Konfrans zamanı vurğulanıb ki, uşaqlarda məsuliyyət və özünənəzarət bacarıqlarının formalaşması yalnız məktəbin deyil, ilk növbədə ailənin də üzərinə düşən mühüm vəzifədir. Valideynlərin uşaqlarla açıq dialoq qurması, onların onlayn fəaliyyətlərinə maraq göstərməsi və düzgün nümunə olması təhlükəsiz rəqəmsal mühitin yaradılmasında həlledici rol oynayır.

 

Tədbirin sonunda valideynlər arasında mövzuya uyğun olaraq anonim sorğu keçirilib, valideynləri maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı tövsiyələr verilib və gələcəkdə bu istiqamətdə maarifləndirici tədbirlərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

 

#LənkəranAstaraRTİ #ValideynKonfransı #CəlilabadRayonuÜzrəTəhsilSektoru