Cəlilabad məktəbliləri respublika çempionatında basketbol idman növü üzrə qızıl medal və kubok qazanıblar.
15–16 dekabr tarixlərində 2015–2016-cı il təvəllüdlü məktəblilər arasında keçirilən basketbol üzrə respublika çempionatının final mərhələsində Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri əzmkar mübarizə aparıb və məğlubiyyətsiz çempion olublar.
Şagirdləri, Cəlilabad Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin basketbol idman növü üzrə baş məşqçisi Muradxan Abdullayevi, Cəlilabad şəhəri Rəşad Abdullayev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin fiziki tərbiyə müəllimi Nicat Qubadovu və əməyi keçən hər kəsi təbrik edirik!
Qeyd edək ki, məktəblilər arasında basketbol üzrə respublika çempionatı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə keçirilib.
Respublika çempionatının keçirilməsində məqsəd məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, şagirdlər arasında sağlam və aktiv həyat tərzini təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisini, sinifdənxaric və məktəbdənkənar kütləvi bədən tərbiyəsi və idman işlərini daha da təkmilləşdirmək, idmançıların yarış təcrübəsini artırmaq, idman federasiyaları ilə əməkdaşlığı genişləndirmək, təhsil müəssisələrinin idman bazalarından səmərəli istifadəni təşkil etməkdən ibarətdir.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #CəlilabadUGİŞM #RespublikaÇempionu #Basketbol