11.12.2025

“Rəqəmsal Bacarıqlar” layihəsi və informatika dərslərinin tətbiqi genişlənir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Rəqəmsal Bacarıqlar” layihəsi və informatika dərslərinin müasir tələblər əsasında təşkili genişlənməkdə davam edir.

 

Layihənin əsas məqsədi şagirdlərdə müasir texnologiyalara marağı artırmaq, onların rəqəmsal savadlılığını yüksəltmək və gələcəyin əmək bazarına uyğun kompetensiyalar formalaşdırmaqdır.

 

Qeyd edək ki, Lənkəran-Astara bölgəsində həyata keçirilən “Rəqəmsal Bacarıqlar” layihəsi çərçivəsində bu günə qədər 48 məktəb, 387 sinif və ümumilikdə 23 260 şagird üçün dərslər təşkil olunub. 2025–2026-cı tədris ilində informasiya texnologiyaları təmayüllü X-XI siniflər üzrə dərslərin təşkili məktəblərdə yenilik olaraq başlanılıb. Hazırda 7 məktəb, 7 sinif və 122 şagird dərslərdə iştirak edir.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #RəqəmsalBacarıqlar