2 və 4 dekabr tarixlərində Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev bir qrup ümumtəhsil məktəbinin direktorları, direktor müavinləri, ibtidai və fənn müəllimləri ilə görüşlər keçirib.
Görüşlərdə diaqnostik və summativ qiymətləndirmənin nəticələri, keyfiyyət planı üzrə görülən işlər müqayisəli təhlil edilərək müzakirə olunub. Qarşıdakı mərhələlər üçün yeni strategiyalar və fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
İdarə müdiri məktəbdaxili qiymətləndirmə, tədris prosesinin keyfiyyətinin artırılması, eləcə də müasir təlim strategiyalarının tətbiqi barədə fikirlərini bölüşüb, hər bir qrup üçün fərdi yanaşmanın vacibliyini vurğulayıb, müvafiq tapşırıqlar verib.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #MəktəbLiqası #Görüş