05.12.2025

BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir.

“BilBacar” müsabiqəsinə hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 79 məktəb qoşulub və 7000 nəfərə yaxın şagird qeydiyyatdan keçib.
 

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.
 

#ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz BilBacar