04.12.2025

#BilBacar müsabiqəsinin “Yarış” mərhələsi davam edir.

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə yarış mərhələsi Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəsissələrində də həyata keçirilir.
 

“BilBacar” müsabiqəsinə hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 79 məktəb qoşulub və 7000 nəfərə yaxın şagird qeydiyyatdan keçib. Qeydiyyat prosesi davam etməkdədir və digər məktəblərin də qoşulması nəzərdə tutulur.

 

Müsabiqə cari tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edir. Şagirdlər yarışda topladıqları ballara əsasən yer tutacaqlar və ən çox bal toplamış 450 şagird 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək.

 

Qeyd edək ki, müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #Yarış