02.12.2025

Astara məktəblisi Beynəlxalq Elm Olimpiadasında uğur qazanıb.

Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası (IJSO 2025) üzrə Azərbaycan komandası tərkibində gümüş medal qazanıb.
 

Bu nailiyyət bölgəmiz üçün qürurverici hadisədir. Rəsulu, komanda yoldaşlarını və onlar üzərində əməyi olan müəllimləri təbrik edir, gələcəkdə daha böyük uğurlar arzulayırıq!
 

#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ElmOlimpiadası #IJSO2025