Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə “Mentorluq”, “Həmkardan-həmkara”, “Məsləhət” və digər innovativ inkişaf modellərinin yaradılması və tətbiqi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub.
Tədbir zamanı pedaqoji heyətə müəllimlərarası əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin təşkili, dərs prosesinin təkmilləşdirilməsi və peşəkar inkişafın davamlı şəkildə dəstəklənməsi barədə geniş məlumat verilib.
Müəllimlər üçün innovativ modellərin strukturu, məqsədi, tətbiq mexanizmləri, həmçinin müəllimlərin ehtiyaclarına uyğun fərdi inkişaf planlarının hazırlanması ilə bağlı təqdimatlar edilib.
Sual-cavab sessiyaları, müzakirələr və qrup işi təşkil olunaraq iştirakçıların praktiki bilik və bacarıqları daha da möhkəmləndirilib. Tədbir məktəblərdə peşəkar inkişaf mühitinin yaradılmasına və tədris keyfiyyətinin yüksəldilməsinə xidmət edib.