Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində bütün təhsil pillələri üçün innovativ təlim metodologiyalarının və müvafiq resursların hazırlanmasına dəstək məqsədilə müsabiqə mexanizmlərinin təşkili ilə bağlı maarifləndirici tədbir həyata keçirilib.
Tədbir zamanı iştirakçılara müasir pedaqoji yanaşmalar, innovativ təlim resurslarının hazırlanması, dərs prosesində effektiv tətbiq metodları və yaradıcı tədris həllərinin əhəmiyyəti barədə geniş məlumat verilib.
Müəllimlər üçün innovativ ideyaların seçilməsi, müsabiqə meyarları, layihələrin qiymətləndirilməsi və təhsil prosesində tətbiq olunması ilə bağlı təqdimatlar edilib.
Sual-cavab sessiyaları və qrup müzakirələri təşkil olunaraq müəllimlərin yeni təlim metodologiyalarının hazırlanması sahəsində bilik və bacarıqları gücləndirilib. Tədbir təhsildə yenilikçi yanaşmaların təşviqinə və keyfiyyətli tədris mühitinin formalaşdırılmasına xidmət edib.