Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində istedadlı şagirdlərin vaxtında müəyyən edilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübəyə uyğun diaqnostik metodikaların və psixometrik vasitələrin tətbiqinə dair maarifləndirici tədbir təşkil olunub.
Tədbir zamanı iştirakçılara istedadın erkən aşkarlanması, psixometrik ölçmə vasitələrinin mahiyyəti, müasir diaqnostik modellərin üstünlükləri və şagirdlərin fərdi inkişaf xüsusiyyətlərinin qiymətləndirilməsi barədə geniş məlumat verilib.
Müəllimlərə beynəlxalq praktikada istifadə olunan test nümunələri, müşahidə meyarları, şagird profillərinin hazırlanması və nəticələrin təhsil prosesində tətbiqi ilə bağlı təqdimatlar edilib.
Sual-cavab mərhələləri və qrup müzakirələri təşkil edilərək, müəllimlərin diaqnostik yanaşmalar barədə bilik və bacarıqları daha da möhkəmləndirilib. Tədbir istedadlı şagirdlərin potensialının vaxtında aşkarlanmasına və onların inkişafının məqsədyönlü şəkildə dəstəklənməsinə xidmət edib.