24.11.2025

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə innovativ modellərin tətbiqi üzrə tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində müəllimlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması məqsədilə özünü doğrultmuş innovativ təlim modellərinin tətbiqi ilə bağlı maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbir zamanı müəllimlərə məktəbdaxili peşəkar inkişaf mexanizmləri, müasir pedaqoji yanaşmalar, dərs prosesində innovativ metodların tətbiqi və fasiləsiz tədris şəraitində bilik və bacarıqların təkmilləşdirilməsi barədə geniş məlumat verilib.
 

Məktəbin pedaqoji heyəti üçün təcrübə mübadiləsi, mikrodərslər, mentorluq proqramları, həmçinin əməkdaşlıq əsaslı təlim modellərinin üstünlükləri ilə bağlı təqdimatlar edilib.
 

İştirakçılar üçün sual-cavab sessiyaları və qrup müzakirələri təşkil olunub. Tədbir müəllimlərin peşəkar inkişafına dəstək olmaq, tədris keyfiyyətini yüksəltmək və məktəbdə innovativ təhsil mühitinin formalaşdırılmasına yönəldilib.