22.11.2025

Uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi istiqamətində fəaliyyət gücləndirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının artırılması və bu istiqamətdə yeni imkanların yaradılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbirlər zamanı şagirdlərə öz fikirlərini sərbəst şəkildə ifadə etməyin, qərarvermə proseslərində iştirak etməyin, məktəb həyatında yaradıcı təşəbbüslərlə çıxış etməyin əhəmiyyəti barədə geniş məlumat verilib.
 

Müəllimlər tərəfindən uşaq iştirakçılığına dair müasir yanaşmalar, məktəbdaxili platformaların (şagird şuraları, debat klubları, yaradıcı qruplar və s.) əhəmiyyəti və uşaqların sosial fəallığının artırılması ilə bağlı təqdimatlar edilib.