Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tədrisinin keyfiyyətinin artırılması, şagirdlərdə yaşa uyğun innovativ vərdişlərin formalaşdırılması və texniki yaradıcılıq potensialının inkişaf etdirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil olunub.
Fəaliyyətlər çərçivəsində şagirdlərin alqoritmik düşünmə bacarıqlarının gücləndirilməsi, kodlaşdırma və robotexnika üzrə ilkin anlayışların aşılanması, həmçinin kiberidman və müasir texnoloji istiqamətlərə marağın artırılması məqsədilə maarifləndirici məşğələlər və təqdimatlar keçirilib.
Bu istiqamətdə şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq üçün müxtəlif müsabiqələr, olimpiadalar və digər həvəsləndirici yarışlar təşkil olunub. Tədbirlər şagirdlərin innovativ düşüncəsinin inkişafına, texnoloji sahələrə marağın artırılmasına və yaradıcı yanaşmanın formalaşdırılmasına töhfə verib.