24.11.2025

Uşaqların ekoloji sahədə maarifləndirilməsi məqsədilə tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların ekoloji mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbir zamanı şagirdlərə ətraf mühitin qorunmasının əhəmiyyəti, təbiətə qarşı məsuliyyətli yanaşma, tullantıların azaldılması, su və enerji resurslarına qənaət, eləcə də ekoloji tarazlığın qorunması ilə bağlı əsas anlayışlar barədə geniş məlumat verilib.