Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərin müxtəlif peşələrə maraq və meyillərini müəyyən etmək, onların gələcək peşə seçiminə dəstək vermək məqsədilə peşəyönümü sorğuları hazırlanıb və tətbiq edilib.
Sorğular şagirdlərin maraq dairəsini, bacarıq istiqamətlərini və gələcək planlarını qiymətləndirməyə imkan verib. Toplanan məlumatlar peşəyönümü işinin daha səmərəli qurulmasına və şagirdlər üçün fərdi istiqamətləndirmə fəaliyyətlərinin planlaşdırılmasına xidmət edib.