Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində uşaqların asudə vaxtının səmərəli təşkili, uşaq istirahət mərkəzlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyətinin təkmilləşdirilməsi mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbir zamanı şagirdlərə asudə vaxtın düzgün planlaşdırılmasının əhəmiyyəti, idmanla məşğul olmağın, kitab oxumağın, yaradıcılıq və inkişaf yönümlü fəaliyyətlərin uşaqların fiziki, intellektual və sosial inkişafındakı rolu barədə geniş məlumat verilib.