Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində yeniyetmə və gənclərin intellektual, yaradıcı və sosial bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif müsabiqələr təşkil edilib.
Tədbirlər şagirdlərin fəal iştirakı, komanda ruhunun və yaradıcı düşüncə mühitinin formalaşdırılmasına xidmət edib. Yeniyetmə və gənclərin bilik və bacarıqlarının inkişafına, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, həmçinin ictimai fəallığının artırılmasına töhfə vermək məqsədi daşıyıb.