14.11.2025

Zorakılığın mənfi nəticələri ilə bağlı maarifləndirici tədbirlər təşkil olunur.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərin təhlükəsiz inkişafını dəstəkləmək və zorakılığa qarşı həssaslığını artırmaq məqsədilə maarifləndirici tədbirlər təşkil olunub. Tədbirlər çərçivəsində zorakılığın bütün formalarının mənfi təsirləri, psixoloji və sosial nəticələri, məktəb mühitində qarşısının alınması yolları barədə ümumi məlumatlar verilib.

 

Təşkil olunan tədbirlər uşaqlara təhlükəsiz və sağlam mühitin təmin olunmasına, zorakılığın qarşısının alınmasına və bu mövzuda ictimai məlumatlılığın gücləndirilməsinə xidmət edir. Maarifləndirici fəaliyyətlərin davam etdirilməsi nəzərdə tutulur.