Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərin informasiya təhlükəsizliyi barədə məlumatlılığının artırılması və onları zərərli məzmunlardan qorumaq məqsədilə maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlər zamanı rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları, sosial şəbəkələrdən düzgün istifadə, kibertəhlükəsizlik prinsipləri, informasiyanın etibarlılığının yoxlanılması və zərərli məzmunların tanınması kimi mövzular üzrə ümumi məlumatlar verilib. Şagirdlərlə aparılan söhbətlərdə onların rəqəmsal savadlılığının artırılması və təhlükəli onlayn davranışların qarşısının alınması əsas məqsədlərdən biri olub.
Aparılan tədbirlər şagirdlərin təhlükəsiz informasiya mühitində inkişafına dəstək göstərməklə yanaşı, ümumtəhsil müəssisələrində rəqəmsal təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir. Bu istiqamətdə maarifləndirici fəaliyyətlər davam etdirilir.