14.11.2025

Məktəblərdə sağlam qidalanma mövzularının tədrisinin təşkili həyata keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlər arasında sağlam qidalanma mədəniyyətinin formalaşdırılması məqsədilə maarifləndirici fəaliyyətlər təşkil olunub.

 

Bu çərçivədə dərslərdə sağlam və balanslaşdırılmış qidalanma mövzularına dair təqdimatlar keçirilib, şagirdlərə düzgün qida seçimi, menyu planlaşdırılması və sağlam həyat tərzinin əsas prinsipləri haqqında məlumat verilib. “Sağlam qida”, “Gigiyena və düzgün qidalanma” kimi müxtəlif mövzulara həsr olunan dərslər şagirdlərdə sağlam qidalanma vərdişlərinin inkişafına, mövzu ilə bağlı məlumatlılığın artırılmasına və ümumtəhsil müəssisələrində sağlam həyat tərzinin təşviqinə xidmət edib.