06.11.2025

Sağlam və rasional qidalanmanın təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində şagirdlərin sağlam inkişafını dəstəkləmək və düzgün qidalanma vərdişlərinin formalaşdırılmasına töhfə vermək məqsədilə sağlam və rasional qidalanma mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.

 

Tədbirlər zamanı balanslaşdırılmış qidalanmanın əhəmiyyəti, gündəlik qidalanmada faydalı və qida dəyəri yüksək məhsulların yer alması, həmçinin zərərli qida seçimlərindən uzaq durmağın vacibliyi barədə ümumi məlumatlar verilib. Şagirdlərə sağlam qida rasionunun təşkili ilə bağlı sadə və praktik tövsiyələr təqdim edilib.

 

Bu istiqamətdə aparılan maarifləndirmə fəaliyyəti ümumtəhsil müəssisələrində sağlam qidalanma mədəniyyətinin gücləndirilməsinə və şagirdlərin düzgün qida davranışlarının formalaşmasına xidmət edir.