Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinində oxu həftəliyi çərçivəsində Bəxtiyar Vahabzadənin əsərlərinin mütaliəsi və müzakirəsi təşkil olunub.
Mütaliə saatları zamanı şairin seçilmiş əsərləri şagirdlər tərəfindən oxunub, əsərlərdə əks olunan milli-mənəvi dəyərlər, vətənpərvərlik ideyaları və humanist baxışlar haqqında fikir mübadiləsi aparılıb.
Müəllimlərin rəhbərliyi ilə qruplar üzrə müzakirələr keçirilərək şagirdlərin mətnin məzmununu anlama, bədii təsvir vasitələrini dəyərləndirmə və fikirlərini sərbəst ifadəetmə bacarıqları gücləndirilib.
Təşkil olunan müzakirələr şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək, onlarda ədəbi mətnlərə marağı artırmaq və Bəxtiyar Vahabzadənin yaradıcılığının əsas ideya xəttini dərindən dərk etməklərinə şərait yaratmaq məqsədi daşıyıb. Oxu həftəliyi çərçivəsində keçirilən bu fəaliyyətlər həmçinin şagirdlərin analitik düşünmə, mətnlə işləmə və müzakirə mədəniyyətinin formalaşdırılmasına töhfə verib.