08.05.2025

“Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda silsilə tədbirlər keçirilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda silsilə maarifləndirici tədbirlər təşkil olunub.
 

Tədbirlər çərçivəsində “Reproduktiv sağlamlıq nədir?”, “Gigiyena və düzgün qidalanma – sağlamlığın əsasıdır”, “Zərərli vərdişlər: alkoqolizm, narkomaniya və siqaret çəkməyin fəsadları” kimi mövzular üzrə maarifləndirici təqdimatlar nümayiş olunub. Şagirdlərə sağlam həyat tərzinin formalaşması, şəxsi gigiyenanın və balanslı qidalanmanın əhəmiyyəti, eləcə də zərərli vərdişlərin orqanizmə təsiri barədə ətraflı məlumat verilib. “Qohumlararası nikahın fəsadları” mövzusu xüsusi diqqət mərkəzində olub. Qohum nikahının tibbi, genetik və sosial nəticələri izah olunub, sağlam ailə quruculuğunda düzgün seçim və maariflənmənin rolu vurğulanıb.
 

Şagirdlərin sual-cavab sessiyalarında, müzakirələrdə və praktik situasiya tapşırıqlarında iştirakı tədbirlərin interaktivliyini artırıb və mövzu ilə bağlı biliklərin möhkəmləndirilməsinə töhfə verib.