Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Yeniyetmələr və gənclər arasında təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirici tədbirlər təşkil olunub.
Tədbirlərdə sağlam həyat tərzinin əhəmiyyəti, reproduktiv sağlamlıqla bağlı düzgün məlumatlanmanın vacibliyi və təhlükəsiz davranış modelləri barədə maarifləndirici videoçarxlar nümayiş olunub. Mütəxəssislər tərəfindən mövzu üzrə risk amilləri, fiziki və psixoloji sağlamlığın qorunması, şəxsi gigiyena və erkən profilaktikanın rolu haqqında ətraflı məlumat verilib.
Şagirdlərin sual-cavab sessiyalarında fəal iştirakı, mövzuya dair qrup müzakirələri və praktiki tapşırıqlar tədbirlərə xüsusi rəng qatıb. İnteraktiv təqdimatlar vasitəsilə onların sağlam davranış modelləri barədə bilikləri daha da möhkəmləndirilib.
Sağlam həyat tərzi və reproduktiv sağlamlıq barədə düzgün məlumatlanma gənc nəslin sağlam cəmiyyət kimi formalaşmasının əsas şərtidir və bu istiqamətdə maarifləndirmə işləri davam etdirilir.