Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində qızların təhsildən yayınması hallarının və erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirici görüşlər keçirilir.
Görüşlər zamanı şagirdlərə təhsilin davam etdirilməsinin əhəmiyyəti, erkən nikahların yaratdığı psixoloji, sosial və hüquqi fəsadlar, eləcə də mövcud qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilir. Vurğulanır ki, hər bir uşağın təhlükəsiz və sağlam mühitdə keyfiyyətli təhsil alması dövlət siyasətinin əsas prioritetlərindəndir. Görüşlərdə mövzu ətrafında müzakirələr aparılır, şagirdlərin sualları cavablandırılır və onlara düzgün qərarvermə bacarıqlarının formalaşdırılması ilə bağlı tövsiyələr verilir.
Görüşlərin əsas məqsədi şagirdlərdə maarifləndirmə səviyyəsini yüksəltmək, riskli halların qarşısını almaq və onların təhsildən yayınmasının preventiv şəkildə qarşısını almaqdır.