Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinində korrupsiyaya qarşı mübarizə mövzusunda silsilə tədbirlər keçirilib.
Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022−2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İş Planına uyğun olaraq “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda bir sıra tədbirlər keçirilib.
Tədbirlər zamanı korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat verilib. Korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlar haqqında söhbət aparılıb. Tədbir iştirakçılarını maraqlandıran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #KorrupsiyayaQarşıMübarizə