Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara, Cəlilabad, Lənkəran, Lerik, Masallı və Yardımlı rayon (şəhər) komitələri arasında 2025–2027-ci illəri əhatə edən Kollektiv Müqavilə imzalanıb.
Görüşdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşavir-katibi Əlisa Qurbanov, eləcə də rayon və şəhər komitələrinin sədrləri iştirak ediblər.
Görüş zamanı Bəhruz Mehdiyev Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının təhsil işçilərinin hüquqlarının müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirib, həmkarlarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Əlisa Qurbanov çıxış edərək kollektiv müqavilələrin bağlanmasının əmək münasibətlərinin tənzimlənməsi, təhsil işçilərinin sosial-iqtisadi maraqlarının qorunması və sağlam iş mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Kollektiv Müqavilənin əsas müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial və iqtisadi hüquqlarının müdafiəsi, eləcə də əməyin mühafizəsi və təhlükəsiz iş şəraitinin təmin olunması məsələlərinə diqqət yetirilib.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #ETİHİ #MÜTDA #KollektivMüqavilə