18.11.2025

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi yekunlaşıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
 

Müsabiqənin test imtahanı mərhələsində müvafiq keçid balını toplayan 43 namizəd müsahibə mərhələsinə dəvət olunub.
 

17-18 noyabr tarixlərində keçirilən müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarığı, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi, peşəyə yanaşma və dəyərləri komissiya tərəfindən qiymətləndirilib.
 

#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #MəktəbəqədərTəhsil #TərbiyəçiMüəllim