Lənkəran-Astara Regional Təhsil İdarəsində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər 1988-ci il 17 noyabr hadisələrinin mahiyyəti, həmin günün Azərbaycanın azadlıq hərəkatında dönüş nöqtəsi kimi rolu, müstəqilliyə gedən yolda xalqın birliyinin formalaşması, həmçinin bu prosesdə ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri barədə danışıblar. Qeyd olunub ki, #MilliDirçəlişGünü illərdir Azərbaycan xalqının birlik, əzm və öz taleyinə sahib çıxmaq iradəsinin simvolu kimi yaddaşımızda yaşayır.
Tədbir zamanı Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.