"Uşaq hüquqları aylığı" çərçivəsində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində görüşlər, "dəyirmi masa"lar, xüsusi dərslər, təqdimatlar və müxtəlif maarifləndirici tədbirlər keçirilir.
Tədbirlərdə şagirdlərə uşaq hüquqlarının mahiyyəti, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar barədə ətraflı məlumatlar verilir. Bildirilir ki, ölkəmizdə uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uşaq siyasətinin əsas məqsədi hər bir uşağın sağlam inkişafı, təhsildən yayınmasının qarşısının alınması, zorakılıq hallarına qarşı mübarizə və ailə dəyərlərinin möhkəmləndirilməsidir.
Qeyd edək ki, təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlərin noyabrın 20-dək davam etdirilməsi nəzərdə tutulur.