Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Tədbirlər Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Masallı, Cəlilabad, Lerik, Astara, Lənkəran və Yardımlıda keçirilən tədbirlər çərçivəsində dövlətçilik tariximizin mühüm mərhələlərini əks etdirən mövzulara dair xüsusi dərslər, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, sənədli film nümayişləri və digər maarifləndirici fəaliyyətlər təşkil olunub.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ZəfərGünü #DövlətBayrağıGünü #KonstitusiyaGünü