Konstitusiya Günü münasibətilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Tədbir qəhrəman şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran Rayon Məhkəməsinin hakimi Anar Pənahov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəis müavini Könül Manafova və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəis müavini Dadaş Muxtarlı, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayonlar üzrə sədrləri, regional idarələrin əməkdaşları, rayonlar üzrə təhsil sektorlarının müdirləri, təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin hüquqi, siyasi və ictimai əsaslarının formalaşmasındakı rolundan, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasında əhəmiyyətindən danışıblar. Çıxışlarda qeyd olunub ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya müasir, hüquqi və demokratik dövlət quruculuğunun əsasını qoyub. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu ali sənəd Azərbaycanın suverenliyinin və müstəqilliyinin hüquqi təminatına çevrilib. Ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində tarixi xidmətləri danılmazdır və bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir zamanı Lənkəran Şəhər Mədəniyyət Mərkəzinin solistləri tərəfindən milli-vətənpərvərlik mövzusunda və bayram ab-havasında mahnılar ifa olunub, Konstitusiya Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda xatirə şəkli çəkdirilib.
Tədbir Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #KonstitusiyaGünü