Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüşüb, onlarla çay süfrəsi ətrafında həmsöhbət olub.
Səmimi görüş zamanı Vətən uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla anılıb, dövlət tərəfindən şəhidlərin ailə üzvlərinə göstərilən yüksək diqqət və qayğıdan danışılıb.
İdarə müdiri vurğulayıb ki, təhsil ictimaiyyəti şəhid ailələrinin nümayəndələrinə hər zaman xüsusi diqqət və ehtiramla yanaşır, onların təhsil müəssisələrində çalışmaları həm gənc nəslə vətənpərvərlik ruhunun aşılanması, həm də şəhidlərimizin adının daim uca tutulması baxımından böyük əhəmiyyət daşıyır.
Görüşdə iştirak edən şəhid ailə üzvü olan təhsil işçiləri onlara göstərilən dərin hörmət və diqqətə görə minnətdarlıq ifadə ediblər, bu cür görüşlərin mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildiriblər.
Görüş səmimi söhbət və xoş təəssüratlarla yekunlaşıb, sonda xatirə şəkli çəkilib.
#LənkəranAstaraRTİ #ElmvəTəhsilNazirliyi #MÜTDA #ZəfərGünü #ŞəhidAilələri #SəmimiGörüş